Məntiq Bahadur oğlu Cəfərov

Kafedra müdiri

(+994 22) 268 68 06

mentiq.ceferov@atu.edu.az

Məntiq Bahadur oğlu Cəfərov , 25 yanvar 1954-cü ildə  Azərbaycan Respublikası,   Samux rayonu, Zazalı kəndində  anadan olmuşdur. Samux rayonun Alıuşağı kənd orta məktəbini bitirdikdən sonra  Gəncə Dövlət Universitetinin  “Fizika” ixtisasına qəbul olmuş və 1973-cü ildə həmin ixtisası bitirmişdir.

Məntiq Bahadur oğlu Cəfərov 1979-cu ildən 2004-cü ilədək, 25 il müddətində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, hazırlıq kursunun rəhbəri və dosent vəzifələrində işləmişdir. 2004-cü ilin noyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, 2012-2013-cü illərdə həmin universitetin Fizika və riyaziyyat kafedrasının professoru olmuşdur. 22 iyul 2013-ci il tarixdən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru olmuşdur.  2017-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyində Elm və təhsil şöbəsinin müdir müavini, sektor müdiri və BDU-nun professoru vəzifələrində çalışmışdır. 2018-ci ildən “Ümumi və tətbiqi fizika”  kafedrasının müdiri olmuşdur.

1985-1989-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında məqsədli aspirant olmuşdur, 1989-cu ildə namizədlik, 2011-ci ildə doktorluk dissertasiyasını müdafiə etmişdir. Fizika üzrə elmlər doktoru, professordur.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli, sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2025-ci il17 dekabr tarixli 3-29/3-1-2063K/2025 nömrəli əmri ilə     Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif   olunmuşdur.

Məntiq Cəfərov xarici və yerli jurnallarda dərc edilmiş 80-dən çox elmi məqalənin, 50-dən çox tezisin, həmçinin  8 dərs vəsaitinin müəllifidir. 40-dan çox müxtəlif miqyaslı konfranslarda iştirak etmişdir.

Ailəlidir, iki övladı var.