Strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri

Toğrul Hüseyn oğlu Sadıqov

Müşavir

(+994 22) 268 29 70

t.sadiqov@atu.edu.az

Toğrul Hüseyn oğlu Sadıqov 11 yanvar 1984-cü ildə Şuşa şəhərində anadan olub.

O, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin bakalavr, 2009-cu ildə isə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi fakültəsinin magistr məzunu olub.

Toğrul Sadıqov müxtəlif illərdə “Unibank” ASC-nin Gəncə filialında aparıcı mütəxəssis, “Bank Respublika” ASC-də departament rəhbəri müavini, Gəncə filialının müdir müavini və Goranboy filialının müdiri vəzifələrində çalışıb, Alman–Azərbaycan Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib. Proqramlaşdırma sahəsində 5 ildən artıq təcrübəyə malikdir.