Kərimov Mehman İlham oğlu

Müşavir

(+994 22) 268 29 70

m.kerimov@atu.edu.az

Mehman İlham oğlu Kərimov, 21noyabr 1993-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Gəncə şəhərində yerləşən M.Ş.Vazeh adına 16 saylı pilot məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr səviyyəsində  mühasibat uçotu və audit  ixtisasına qəbul olub.  2014-cü ildə fərqlənmə diplomu ilə bakalavr təhsilini bitirib.  2014-2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini yerinə yetirib.  2016-cı ildə Hökumətlərarası Təqaüd Proqramı ilə Macarıstan Respublikasının Kaposvar Universitetinin magistratura təhsil səviyyəsi üzrə “Regional və Ətraf mühit iqtisadiyyatı” ixtisasına qəbul olub.  2018-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.  Eyni ildə yenidən Hökumətlərarası Təqaüd Proqramı ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin doktorantura təhsil səviyyəsi üzrə İdarəetmə və  təşkilati  elmlər ixtisasına qəbul olub.    25.08.2022-ci ildə “Birbaşa  xarici  investisiyaların Türkiyə  iqtisadiyyatına  təsiri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək İdarəetmə və  təşkilati  elmlər  üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini alıb.  Ali Attestasiya Komissiyasının 03.03.2023-cü il tarixli qərarı ilə  ümumi iqtisadiyyat  ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində saathesabı qaydada Beynəlxalq  İqtisadiyyat Məktəbində (İSE) assistent-mühazirəçi kimi fəaliyyətə başlayıb.  2021-ci ildə universitet rəhbərliyindən gələn təklifi dəyərləndirərək Azərbaycan Dövlət Aqrar Universitetinin maliyyə və iqtisadi nəzəriyyə kafedrasında 0,5 ştat vahidi ilə assistent vəzifəsində çalışıb.  Əmək fəaliyyətində bilikləri nəzərə alınaraq, 13.09.2021-ci ildə vəzifəcə irəli çəkilərək Keyfiyyət təminatı və strateji inkişaf şöbəsinə müdir təyin edilib.  Paralel olaraq akademik fəaliyyətini bu günədək Maliyyə və iqtisadi nəzəriyyə kafedrasında assistent kimi davam etdirir. ADAU-dakı inzibati və akademik fəaliyyəti ilə yanaşı, universitetin Tədris-metodiki Şurası və Keyfiyyət Təminatı Şurasında üzv kimi fəaliyyət göstərib.  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Xarici keyfiyyət təminatı” və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları” üzrə ekspert təlimlərini uğurla başa vuraraq həmin qurumun eksperti kimi fəaliyyət göstərir. 28.07.2023-cü il tarixindən Azərbaycan Texnologiya Universitetində strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsində çalışır.

20-dən çox elmi əsərin (beynəlxalq indeksli jurnallarda məqalə, tezis və konfrans materialları) və tədris-metodiki işin (dərs vəsaiti, fənn proqamı və metodiki göstəriş)  həmmüəllifidir.  

Subaydır.

YAP-ın üzvüdür.