UTECA-da təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov təcrübə müddətinə başlayan tələbələrlə görüşüb.Görüşdə İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbələri iştirak ediblər. Rektor söhbət zamanı müasir tələblərə cavab verən müəssisələrdə təcrübə imkanını lazımi şəkildə dəyərləndirməyin vacibliyini qeyd edib. Bildirib ki, istehsalat təcrübəsi tələbənin praktik iş qabiliyyətinə yiyələnməsi üçün yaxşı fürsətdir. Professor tələbələrə təcrübə dövründə nizam-intizamlı, davamiyyətli olmağı tövsiyə edib.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, Texnologiya Universiteti 35 sənaye müəssisəsi ilə aktiv əməkdaşlıq edir. 508 dəfə oxunub