Tədbiri rektor v.m.i.e. dos.Yaşar Ömərov, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov və digər rəsmilər, qazilər, ATU əməkdaşları və tələbələr izləyiblər.
Tədbirdə müxtəlif ansamblların, eləcə də ATU tələbələrinin ifasında müsiqilər səsləndirilib, rəqslər ifa edilib.
Şənlik çərçivəsində universitetin həyətində Novruz adət-ənənələrini əks etdirən süfrələr qurulub, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, eləcə də səməni müsabiqəsi və tələbələr arasında kəndirdartma yarışı keçirilib. Novruzun personajları olan Kosa və Keçəl tədbirə bayram əhval ruhiyəsi qatıb. 
Şənlikdə tədbirin fəxri qonaqları olan qazi tələbələr və məzunlar rektor v.m.i.e. dos. Yaşar Ömərovla birgə bayram tonqalını alovlandırıblar. 
ATU əməkdaşları və tələbələri tonqal ətrafında yallı gedib, rəqs ediblər.