Azərbaycan Texnologiya Universiteti ilə “Gəncə Regional Turizm İdarəsi” arasında əməkdaşlıq memorandumu imzalanıb.

 Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov və Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov tərəfindən Azərbaycan Texnologiya Universitetində imzalanıb.

Memorandumda elmi-pedaqoji heyət və tələbələrlə turizm sənayesi arasında elmi-praktik əlaqələrin inkişafını təmin etmək, turizm sahəsində seminar, konfrans, festival kimi birgə tədbirlərin, eləcə də beynəlxalq mütəxəssislərin təlimlərinin təşkili, turizm üzrə qabaqcıl texnologiyaların mənimsənilməsi və tətbiqi, birgə elmi-tədqiqatların aparılması və s. müddəalar öz əksini tapır.

Bundan əlavə, memorandum çərçivəsində universitetin Strateji inkişaf planı, Elmi tədqiqat strategiyası və Beynəlmiləlləşmə siyasəti müzakirə olunub. Bu müzakirələr əməkdaşlıq layihələrinin səmərəliliyinin artırılması və universitetin inkişaf perspektivlərinin gücləndirilməsinə yönəldilib.