Azərbaycan Texnologiya Universitetində yeni domenin, veb-saytın və loqonun təqdimatı keçirilib.

Tədbirdə yeni atu.edu.az domeni, eyni domen altında istifadəyə verilmiş veb-sayt və ATU loqotivi barədə geniş təqdimatla strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov çıxış edib. O yeni veb-saytın üstünlüklərindən danışaraq bildirib ki, 3 dildə fəaliyyət göstərən rəsmi sayt və elmi jurnallardan ibarət alt bölmələr təhlükəsizlik tələblərinə, daha informativ, funksional üstünlüklərə malik olmaqla müasir standartlara cavab verir, ağ-bənövşəyi çalarlardan ibarət yeni ATU loqosu isə ornament etibarı ilə texniki və texnoloji elmləri ifadə edir.

Bundan əlavə, tədbirdə universitetin Strateji inkişaf planı müzakirə olunub və yeni rəqəmsal platformaların bu planın icrasına xüsusi töhfə verəcəyi vurğulanıb.