Azərbaycan Texnologiya Universitetinin Kommersiya ixtisası üzrə qiyabi təhsil alan I kurs tələbəsi Qalib Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində mükafatlandırılıb. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı "Xocalı soyqırımında əsirlərin bir-birinə köməklikləri" adlı yazısı lll yerə layiq görülüb. Qalib Quliyev KİVDF-nin təşkil etdiyi müsabiqələrdə  ümumilikdə 1 dəfə I yerin, 5 dəfə III yerin qalibi olub. Qeyd edək ki, Qalib Quliyev “Xocalının səsi” qəzetinin redaktoru və Xocalı rayon Kosalar kənd tam orta məktəbində informatika müəllimi vəzifəsində çalışır. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvüdür.