Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində İctimai Şura yaradılır. Bu barədə 2023/2024-cü tədris ili üzrə dünən baş tutan Elmi Şurada ictimai rəyin əhəmiyyəti əsas götürülərək qərar verilib.
İctimai Şuranın yaradılmasında əsas məqsəd universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın gücləndirilməsi və təkliflərin verilməsindən ibarətdir.
Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın əsasnaməsi qəbul olunduqdan sonra Şuraya millət vəkilləri, media, QHT təmsilçiləri, təhsil, ictimaiyyət nümayəndələri cəlb olunacaqlar.