Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümumilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov açıq elan edib. Heydər Əliyev ili çərçivəsində Universitetimizdə də silsilə tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda Heydər Əliyevin göstərdiyi mübarizələrdən bəhs edib.

Daha sonra ictimai elmlər və multikulturalizm kafedrasının müəllimləri Lamiyə Bayramova "Azərbaycan dilinin inkişaf tarixi", baş müəllim Səlminə Abbasova "Azərbaycan dili və Heydər Əliyev", baş müəllim Mətanət Mustafayeva "Bəxtiyar Vahabzadə və ana dilimiz", baş müəllim Zəminə Novruzova "Ana dili milli-mənəvi dəyər kimi" mövzularında çıxış ediblər.

Tədbirdə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz imzasını qoymasından, yeritdiyi fəal və ardıcıl dil siyasətindən, Azərbaycan xalqının milli özünəqayıdış və milli azadlıq ruhuna qayıdışının böyük səbəbkarı olmasından bəhs edilib.