UTECA əməkdaşları yenidən avropalı təhsil ekspertləri ilə birlikdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbərliyi ilə Bakı şəhərində Midtown oteldə baş tutan seminarda iştirak ediblər. “Avropa Ali Təhsil Məkanında daxili və xarici keyfiyyət təminatı proseslərinin uzlaşması” başlığı altında seminar Avropalı təhsil eksperlərinin rəhbərliyi ilə keçirilib. Seminarda Avropa təhsil standartları və keyfiyyət təminatı sahəsində Avropa təcrübəsi barədə geniş məlumatlar verilib.