Qeydiyyat portal.edu.az platforması üzərindən elektron qaydada həyata keçiriləcək.
Prosesə 5 sentyabr saat 11:00-dan start veriləcək, 14 sentyabr saat 18:00-dək davam edəcək.
Qeydiyyat üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. Şəxsiyyət vəsiqəsi
2. Attestat (diplom, arayış)
3. Şəkil (3x4 ölçüdə, tələbə bileti üçün)
4. Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi bilet
5. Təhsil haqqının ödənilməsinə dair qəbz (Kapital Bank)
6. Təhsil haqqını ödəməkdən azad olanlar üçün statusu təsdiq edən sənəd
Əlaqə:
055 833 00 01 Hamlet Kəsəmənli
055 847 87 06 Günay Qəhrəmanova (nömrələr saat 9:00-dan 17:00-dək aktivdir)
Qeyd: Qeydiyyat zamanı portalda əks olunmuş sənədlərin surəti (təhsil haqqını ödəməkdən azad olanlar statusu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surətini) dərslər başlayan vaxt müvafiq fakültələrə təqdim edilməlidir.