UTECA tələbələrinə ERASMUS+EQAC layihəsi çərçivəsində təlim təşkil olunub Avropa Komissiyası tərəfindən maliyyələşən və Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu ERASMUS+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi çərçivəsində universitet tələbələrinə seminar təşkil olunub. Seminarda layihə barədə qısaca məlumat verildikdən sonra Avropa standartları və tələbə mərkəzli sistemin tətbiqi üçün tələbələrə düşən öhdəliklər barədə məlumatlar verilib. Seminara rəhbərlik edən Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Avropa ölkələrində baş tutan təlimlərdə iştirak edərək qazandığı təcrübələri tələbələr ilə bölüşüb.