2023/2024-cü tədris ilində Azərbaycan Texnologiya Universitetinə magistratura üzrə 179 plan yerinə 174 nəfər qəbul olub. Bu qəbulun 97,2%-ni təşkil edir.
Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, ötən ildən etibarən universitetə qəbul olunan tələbələrin say və keyfiyyət tərkibində əsaslı dəyişikliklər baş verib. Universitet 2022-2023-cü tədris ili üzrə də 97,2 faiz magistr qəbulu göstəricisi ilə seçilib.
ATU-da magistrların sayının artması gələcəkdə universitetin tədqiqat mərkəzinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.
Magistr adını qazananları təbrik edirik və onlara magistratura təhsillərində uğurlar arzulayırıq!