“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ali məktəb tələbələri üçün təqaüd proqramı təqdim edir.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təqaüdü ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələrinə verilir.

Təqaüd proqramına ekologiya, ekologiya mühəndisliyi, metallurgiya mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, mühəndis fizikası, iqtisadiyyat, biznesin idarəedilməsi, proseslərin avtomatlaşdırılması, menecment ixtisaslarında təhsil alan tələbələrimiz müraciət edə bilərlər.

Təqaüd aşağıdakı məqsədlərlə verilir:

• Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq;
• Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
• İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq.

Təqaüd müsabiqə keçiriləcək akademik tədris ilinin 9 ayı üçün verilir.

Təqaüdün aylıq məbləği 200 manatdır.

Təqaüd müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir.
Sənəd qəbulu elektron qaydada aparılır.

Qeydiyyat tarixləri: 21 avqust - 21 sentyabr 2023-cü il

Ətraflı məlumat: http://bitly.ws/SEeZ