Rektor tələbə seminarında iştirak edibAzərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov tələbə elmi seminarında iştirak edib. Rektor çıxışında seminarın fəaliyyətinə uğurlar arzu edib, universitetdə tələbə seminarlarının keçirilməsinin intensiv xarakter almasını müsbət qiymətləndirib: “Belə tədbirlər tələbələrin elmi fəaliyyətinin gücləndirilməsinə xidmət edir. Bu gün tələbələrimiz hətta universitetin əməkdaşlıq etdiyi bir çox istehsalat müəssisələrində seminarlar verir, bəzi tələbəmiz bu addımla müəssisələrin diqqətini çəkib və onlardan bir neçəsinə hətta iş, əməkdaşlıq təklifi gəlib. Bu çox yaxşı haldır”.Əsasən qarşıdan gələn bələdiyyə seçkilərinə həsr olunan, “Bələdiyyənin bu günü, sabahı və gələcəyi” adlı tələbə seminarı İnzibati və idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə reallaşıb. Müvafiq ixtisasın I, II və III kurs tələbələrinin seminar mövzuları Heydər Əliyev Azərbaycanda yerli özünü idarəetmənin yaradıcısıdır, Azərbaycanda yerli özünüidarəetmənin mahiyyətinin iqtisadi əsasları, Yerli özünüidarə və hərbi xidmətə çağırış məsələləri, Bələdiyyələrin su təsərrüfatı sistemi, Dövlət mülkiyyətindən bələdiyyə mülkiyyətinə verilmiş pay və Amerika təcrübəsi kimi başlıqları əks etdirib.