Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Raqif Tofiq oğlu Hüseynov Azərbaycan Texnologiya Universitinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.Bu gün Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov yeni təyinatla bağlı nazirliyin əmrini kollektivin diqqətinə çatdıraraq prorektoru kollektivə təqdim edib.Qeyd edək ki, R.Hüseynov 2022-ci ilin avqustundan Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsində çalışıb. Ona qədər isə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqtisadçı, Xəzər Təhsil Mərkəzində direktor, ADAU və ATU-da assistent, Tomori Pal Universitetində (Macarıstan) müəllim vəzifələrində çalışıb.Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsi məzunu olan Raqif Hüseynov 2016-2020-ci illərdə Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində Sent İstvan Univeristetində (Macarıstan) doktorantura təhsili alaraq fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.