Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Texnologiya Universiteti ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərovla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tərəfindən Gəncədə baş tutan əmək yarmarkası çərçivəsində imzalanıb. Memorandumda universitetin profilinə uyğun olaraq mütəxəssislərə olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əmək bazarının tələblərinə uyğun tədris proqramlarının birgə təkmilləşdirilməsi, məzunların məşğulluğu və əmək bazarına inteqrasiyası, birgə peşəyönümünə dair məsləhət xidmətlərinin, startap və inkubasiya mərkəzlərinin yaradılması, innovativ layihələrin həyata keçirilməsi, ekspertlərin və mentorların, habelə ən qabaqcıl təcrübələrin mübadiləsi kimi bir sıra bəndlər öz əksini tapır.