Azərbaycan Texnologiya Universitetinin (ATU) magistratura səviyyəsinə I turun nəticələrinə əsasən 172 nəfər qəbul olub. Bu göstərici plan yerlərinin 96%-ni təşkil edir. ATU-nun magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinin sayı 7-dir:

• 256468 MBA proqramı üzrə Biznesin təşkili və idarə edilməsi (menecment) (tədris ingilis dilində) ixtisaslaşması - 4 yer – 1750 AZN

• 256151 Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisaslaşması - 2 yer – 1350 AZN

• 256143 Şəhər nəqliyyat şəbəkəsi və nəqliyyat xidmətlərinin təşkili ixtisaslaşması - 1 yer – 1350 AZN

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq. Qeyd edək ki, magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qəbul olan bütün magistrlərimizi təbrik edir, onlara təhsildə uğurlar arzulayırıq.