Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. İstiqlal ideyası uğrunda atılan addımlar məhz bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olub.Daha sonra Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin nümayəndəsi Rövşən Əsədov, ATU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, İnzibati İdarəetmə kafedrasının dosenti Elmir Cəfərov, İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Rafiq Hüseynov çıxış ediblər. Azərbaycanın müstəqillik qazanmasından 105 il keçməsinə baxmayaraq hələ də bu əlamətdar günün əvvəlki kimi coşqu ilə qeyd olunduğunu bildiriblər. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs ediblər.Tədbirin yekununda universitetimizin əməkdaşı I Qarabağ müharibəsi iştirakçısı İsfəndiyar Vəli oğlu Hacıyev 65 illik yubileyi münasibəti ilə həm universitet adından, həm də Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi adından fəxri fərmanla təltif olunub.