Universitetin rektoru v.m.i.e. dos. Yaşar Ömərov ilk üçlükdə yer alan ATU tələbələri ilə görüşüb. O, tələbələri müvəffəqiyyətləri münasibətilə təbrik edərək uğurlar arzulayıb. Y.Ömərov tələbələrə universitetin startap ekosisteminin zənginləşdirilməsi istiqamətində dəstəyinin davamlı olacağını ifadə edərək məsləhət və tövsiyələrini verib.Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin də tərəfdaş olduğu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İnnoland-in partnyorluğu və Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun (EAKPF) maliyyə dəstəyi və Asiya İnkişaf Bankının (ADB) təşəbbüsü ilə həyata keçirilən, Gəncə və Şamaxı şəhərlərini əhatə edən"Azərbaycan Respublikasında Yerli Texnoloji Startapların İnkişafı üzrə" layihəsi çərçivəsində baş tutan StartapFest Gəncə proqraml 2 ay davam edib.Finala 70 komandadan 10-u vəsiqə qazanıb ki, onlardan da 4-ü Azərbaycan Texnologiya Universitetini təmsil edib. Onlardan ikisi 2-ci və 3-cü yerləri qazanıb.Gərgin keçən final mübarizələrinin sonunda Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət DremO və Kaizen komandalarının "DremO" və "Ship of Theseus" layihələri münsiflər heyəti tərəfindən müvafiq olaraq ikinci və üçüncü yerlərə, Aqrar İnnovasiya Mərkəzinin AgroBot komandası isə birinci yerə layiq görülüb.Qalib komandalara təhsil paketi və səfər mükafatları təqdim edilib.