Azərbaycan Texnologiya Universitetinin məzunu, indiyədək 78 ölkədə olan gənc səyyah Emin Dostiyari UTECA tələbələrilə görüşüb. O, ixtisasca qida mühəndisidir və hazırda beynəlxalq təşkilatlardan birinin mütəxəssisi, eyni zamanda məşhur blogerdir. Univetsitetin rektoru, professor Akif Süleymanov gənc səyyahla görüş zamanı deyib ki, bu ünsiyyət tələbələr üçün faydalı olacaq və belə məzunları tanımaları onların gələcək karyerası üçün bir növ stimuldur.TED formatında keçirilən görüşdə səyyah tələbələrlə uğurlu karyerasının sirlərini paylaşıb. Emin Dostiyari səfərlərindən və dünyanın 230 şəhərində gördüklərindən, ona qədər heç bir azərbaycanlının gedə bilmədiyi qəbilələrdən və başına gələn macəralardan danışıb.Gənc səyyah sonda tələbələri maraqlandıran sualları cavablandırıb.