Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir start götürüb.Bugün turnirin rəsmi açılışı baş tutub. Açılışda Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov , Telekom Basketbol İdman Klubunun direktoru Elçin Süleymanov çıxış ediblər.Qeyd edək ki, yarışlar 5 mayadək Azfar İdman Stadionunda davam edəcək. Turnirdə 17 komanda iştirak edir.İlk üçlüyə daxil olacaq qalib komandalara kubok, medal və fəxri fərman veriləcək.