Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilibMarafon Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi , Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gəncə Gənclər Evi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 29 aprel 2023–cü il tarixində baş tutub.Qeyd edək ki, marafon Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Yarış Gəncə şəhər Heydər Əliyev adına Park-Kompleksində baş tutub və 250 nəfərdən artıq gənc iştirak edib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının Sədr vəzifəsini icra edən Nurəddin İbrahimov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Fazilqızı, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Eldar Qurbanov çıxış ediblər.Marafonun yekununda yer tutan ilk on nəfər gənc diplom və hədiyyələrlə təltif olunublar.