Yarışlar universitetin əməkdaşları və tələbələri arasında keçirilir. İlk günkü oyunlarda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos.Yaşar Ömərov da iştirak edib.İlk yarış əməkdaşlar arasında stolüstü tennis idman növü üzrə baş tutub. Yarışda 16 qadın və kişi əməkdaşlar iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yerə bütün rəqiblərinə qalib gələrək İnzibati idarəetmə və kommersiya kafedrasının əməkdaşı Şakir Əlizadə çıxıb. Qeyd edək ki, silsilə yarışlar çərçivəsində şahmat, dama və voleybol idman növü üzrə yarışlar keçiriləcək.