Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilibTədbir layihə çərçivəsində bu ilin 30 yanvar-3 fevral tarixlərində Polşada Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) və 27 fevral-03 mart tarixlərində İsveçdə Kral Texnologiya İnstitutu (KTH) tərəfindən keçirilən səfərlər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub.Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra İsveçdəki təlimdə universitetimizi təmsil edən Tədris şöbəsinin müdiri Raqif Hüseynov universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb, qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən beynəlxalq statuslu nəşr infrastrukturu (Web of Science, Scopus), eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə fikir mübadiləsi aparıb.Polşada keçirilən təlimdə əldə olunmuş təcrübələrini iştirakçılarla paylaşan Keyfiyyət təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev isə öz çıxışında Avropa təhsil sistemi, strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.