Universitetin strukturunun optimallaşdırılması, tədrisin keyfiyyətinin, eyni zamanda elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə elmi şuranın 08 saylı iclasının qərarına əsasən Turizm sənayesinin təşkili və ekologiya kafedrası ləğv edilərək onun əsasında Turizm sənayesinin təşkili və Ətraf mühitin mühafizəsi kafedraları yaradılıb.Qeyd edək ki, yeni qərara əsasən yaradılmış kafedralar növbəti tədris ilindən fəaliyyətə başlayacaq. Turizm sənayesinin təşkili kafedrası İqtisadiyyat və idarəetmə fakültəsinin, Ətraf mühitin mühafizəsi kafedrası isə Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərəcək.