Universitetin rektor əvəzi, Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İlk olaraq iclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov yay imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Ramidə Xəlilova universitetin xarici əlaqələri, tələbə-müəllim mübadiləsinin mövcud vəziyyəti, Elm və beynəlxalq əlaqələr üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyev universitet strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması, universitetin strateji planının hazırlanmasına dair görülən işlər, akkreditasiya zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı çıxış ediblər.İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimovun hesabatı dinlənilib, tədris metodiki vəsaitlər təsdiq edilib. Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının professoru Cahangir Hacıyev səsvermə yolu ilə yekdilliklə professor vəzifəsinə seçilib.Elmi Şuranın gündəliyində olan müxtəlif məsələlərə dair geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilərək müvafiq qərarlar qəbul edilib.İclas çərçivəsində bir qrup universitet əməkdaşı yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.