Görüşdən öncə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Dos. Yaşar Ömərov komanda üzvlərini qəbul edib. Basketbolçuları və məşqçiləri Azərbaycan Kubokunu qazanmaları münasibəti ilə təbrik edib, kollektivə qarşıdan gələn pley-off mərhələsində uğurlar arzulayıb.Komandanın baş məşqçisi Miliunas Gediminas, məşqçi Rizvan Səfərov və kapitan Amil Həmzəyev qonaqpərvərliyə və isti qəbula görə təşəkkür edərək Yaşar Ömərovu ev oyunlarına dəvət ediblər. Komanda universitet rəhbərliyinə klubun şərfini hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.Daha sonra komanda üzvləri ATU-nun akt zalında tələbələrin önünə çıxıblar. Gənclərə klubun fəaliyyəti, nailiyyətləri, komandanın son nəticələri və gələcək hədəfləri haqqında məlumat veriblər. Qeyd olunub ki, “Gəncə” Basketbol Klubunun məqsədi ölkəmizi Avropa yarışlarında təmsil etməkdir.Görüş tələbələrin sualları ətrafında aktiv müzakirələrlə davam edib. Komanda üzvlərinin seçimi əsasında ən maraqlı suallar ünvanlayan tələbələrə hədiyyələr təqdim olunub.