Eldarın atası, anası, qardaşı, həyat yoldaşı və azyaşlı qızı universitet rəhbərliyi ilə birgə adının həkk edildiyi Şəhidlər abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.Ziyarət zamanı Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov şəhidin atası Müşfiq Həsənliyə belə bir vətənpərvər övlad yetişdirdiyi üçün minnətdarlıq ifadə edib, ATU-nun Eldar və onun simasında digər şəhid məzun və tələbələri ilə daim fəxr etdiyini dilə gətirib.Ziyarət çərçivəsində ailə müəllimləri ilə birgə Eldarın vaxtilə dərs keçdiyi auditoriyaları gəzib, şəhidin əziz xatirəsi tələbələrlə birlikdə yad edilib.Qeyd edək ki, Eldar Həsənli Azərbaycan Texnologiya Universitetinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunudur. O, 2021-ci il 14 avqust tarixində Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Allah rəhmət eləsin.