Azərbaycan Texnologiya Universitetində “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçirilib. Təlimçi qismində Türkiyə (Dokuz Eylül Universiteti), İtaliya (Berqamo Universiteti), Estoniya (Diplomatiya Məktəbi) və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Dr. Eşqin Tanrıverdi çıxış edib.Təlimdə universitetin inzibati rəhbər heyəti iştirak edib.Təlimçi məruzəsində elmin yeni texnologiyaların inkişafına verdiyi töhfələrdən, elmi tədqiqat istiqamətləri və metodlarından, problemlərin həlli yollarının axtarışından, ali təhsil sisteminin akademik dərəcədə rolundan bəhs edib.Seminarın sonunda mövcud problemlər, xüsusilə təhsil və əmək bazarı arasında olan natarazlığın aradan qaldırılması yollarının təhlili aparılıb, müdavimlərin sualları cavablandırılıb.