5 aprel 2023-cü il tarixində Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin növbəti görüşü keçirilib.Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri iştirak edib. Azərbaycan Texnologiya Universitetini isə layihə meneceri İlahə Qurbanova təmsil edib.Görüşdə layihə koordinatoru Gülşən Bayramova layihənin aralıq hesabatı ilə əlaqədar Avropa Kommissiyası tərəfindən qəbul edilmiş iradları və tövsiyyələri iştirakçıların nəzərinə çatdırıb, növbəti layihə fəaliyyətlərinin daha effektiv və səmərəli icrası üçün birgə təklif və tövsiyyələr dinlənilib.Daha sonra layihənin WP3 və WP4 iş paketlərinə uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, beynəlxalq səfərlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.Qeyd edək ki, sözügedən layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.