2023-cü ilin 5 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov və Qida mühəndisliyi fakültəsinin əməkdaşları Qəbələ rayonunda yerləşən Qəbələ Konserv Zavodu və “Aspi Winery” Üzüm Emalı Zavoduna səfər ediblər.Səfər çərçivəsində ATU heyəti müəssisələrin infrastrukturu, istehsalat prossesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Hər iki müəssisədə görüş zamanı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları müzakirə edilib.Müzakirələrdən sonra ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla “Aspi Winery” Üzüm Emalı Zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar. Bundan başqa yaxın günlərdə Qəbələ Konserv Zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib.