4 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində "Aprel döyüşləri” adlı tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edilən tədbirdə Aprel döyüşləri şəhidləri, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edərək böyük zəfərə gedən yolun həm də Aprel döyüşlərindən başladığını bildirib, bu döyüşlərin, həmin vaxt azad olunan yüksəkliklərin 44 günlük Vətən müharibəsindəki əhəmiyyətindən bəhs edib.Tədbirdə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, aprel şəhidi Rəşad Niftalılının xatirəsi yad edilib, çıxış edən müəllimləri onun həyat hekayəsindən, şücaətindən, qəhrəmanlığından danışıblar. Bir neçə gün əvvəl Rəşadın ailəsini ziyarət edən əməkdaşlar görüşün təəssüratlarını çatdırıblar.İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Fazil Kərimov ATU ailəsinin Rəşadın timsalında bütün şəhid məzun və tələbələri ilə fəxr etdiyini deyib.Tədbirdə II Qarabağ müharibəsi qazisi Elşad Babayev çıxış edərək döyüş xatirələrini bölüşüb. Sonda Azərbaycanın Zəfərinə həsr edilmiş videoçarx izlənilib.