Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi ATU məzunu, Aprel döyüşləri şəhidi Rəşad Niftalılının ailəsini ziyarət edibKollektiv Rəşadın ailəsi ilə birlikdə onun məzarına baş çəkib, ruhuna dualar oxuyub, əziz xatirəsini yad edib.Görüş zamanı Y.Ömərov Rəşadın ATU tələbəsi tərəfindən çəkilmiş rəsmini ailəsinə təqdim edib, bildirib ki, Aprel döyüşləri qələbəmizin təməli, Rəşadın Vətən sevgisi və şücaəti isə digər tələbələrimiz üçün stimul olub.Y.Ömərov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid məzun və tələbələrimizi, qazilərimizi xatırladaraq onların həm də Aprel döyüşlərindəki uğurlardan ilhamlandıqlarını bildirib, universitetin bütün şəhid məzun və tələbələri ilə daim fəxr etdiyini dilə gətirib.Əslən Zəngilandan olan Rəşad 2015-ci ildə ATU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub.Məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanan Rəşad 2016-cı ilin 2 aprel tarixində ermənilərin təmas xəttində yenidən dinc sakinlərimizi atəşə tutmasına cavab verilərkən qəhrəmancasına şəhid olub.Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.