Universitetin rektor əvəzi, Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.İclasda Elm və beynəlxalq əlaqələr üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyev keçiriləcək konfranslar, universitet strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması barədə çıxış edib. Marketinq və Menecment kafedralarının müdirlərinin hesabatları dinlənilib, tədris metodiki vəsaitləri təsdiq edilib. Elmi Şuranın gündəliyində olan məsələlərə dair geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilərək müvafiq qərarlar qəbul edilib.İclas çərçivəsində universitet əməkdaşları - şöbə müdiri Mərziyə Hüseynova, Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Surxay Əliyev yubileyləri münasibəti ilə səmərəli fəaliyyətlərinə görə təltif olunublar.