Azərbaycan Texnologiya Universitetində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Qeyd edib ki, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusuna həsr edilmiş dəyirmi masa Heydər Əliyev ili çərçivəsində keçirilir. Y.Ömərov bildirib ki, Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir: “Dahi şəxsiyyət azərbaycançılığın tarixən formalaşmış komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasəti Prezident Cənab İlham Əliyev uğurla davam etdirərək Azərbaycanı regionda söz sahibinə çevirib”.Millət vəkili Müşfiq Cəfərov isə çıxışında ulu öndərin Gəncə ilə bağlı gördüyü işlərdən bəhs edib. Azərbaycan Texnologiya Universitetinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevin olduğunu vurğulayaraq uzun müddət Qafqazda mühəndis-texnoloqların təkcə bu ali təhsil ocağında yetişdirildiyini qeyd edib.Daha sonra Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov “Azərbaycançılıq məfkurəsi və onun qorunmasında H.Əliyev rolu", Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə “Azərbaycançılıq məfkurəsinin ideya siyasi istiqamətləri”, Tədris şöbəsinin müdiri Raqif Hüseynov “Azərbaycan iqtisadiyyatının inkişafında H.Əliyevin rolu”, Ümumi və tətbiqi fizika kafedrasının müdiri prof.Məntiq Cəfərov “Azərbaycan təhsilinin inkişafında H.Əliyevin rolu”, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov “Azərbaycançılıq ideyalogiyasının fəlsəfəsi”, Azərbaycan Texnologiya Universitetinin baş mühəndisi dosent İrşad Abbasov “H.Əliyevin Azərbaycanda ətraf mühit siyasətinin formalaşmasında rolu” mövzuları ilə çıxış ediblər.