Seminar İqtisadiyyat və idarəetmə fakültəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.Seminarda Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, millət vəkili Müşfiq Cəfərov, Kapital bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimov, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak edib.Seminarda tələbələrin təqdimatında "Rəqəmsallaşmanın dünya təchizat zəncirinə təsiri", "CEO-nun alıcıların alış davranışlarına təsiri", "Azərbaycanda E-hökümət quruculuğunun perspektivləri", "İqtisadiyyatda rəqəmsallaşma", "Elektron imza", "Dünya təcrübəsində rəqəmsallaşma və təhsil", "Konkret marketinq" başlıqlı məruzələr dinlənilib.Sonda mövzular ətrafında müzakirələr aparılıb, məruzəçilər sualları cavablandırıb, sertifikatlar təqdim edilib.