Aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Yaşıllaşdırma aksiyası çərçivəsində Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisinə 50-ə yaxın həmişəyaşıl ağaclar əkilib. Bundan başqa universitet ərazisində yerləşən Bayraq meydanının ətrafına, eləcə də yaşıllıq zonalarına müxtəlif güllər əkilib. Aksiya çərçivəsində Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisindəki yaşıllığa aqrotexniki qulluq göstərilib.