Azərbaycan Texnologiya Universiteti (ATU) Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.Müəllimlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:- Tekstil sahəsi üzrə pedaqoji staj- İngilis dilində sərbəst ünsiyyət bacarığıMaraqlanan şəxslər Beynəlxalq əməkdaşlıq şöbəsinə (2-ci korpus, 3-cü mərtəbə (2316); Tel: 2573578) müraciət edə bilər. Müraciət üçün son tarix: 10 mart 2023-cü il