Universitetin rektor əvəzi, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra qış imtahan sessiyasının ilkin nəticələri və təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında Raqif Hüseynov, Məntiq Cəfərovun, Hamlet Kəsəmənlinin çıxışları dinlənilib. Bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib. Daha sonra Xarici dillər, İctimai elmlər və multikulturalizm kafedra müdirlərinin hesabatları dinlənilib. İclasda Apellyasiya komissiyasının işinin nəticələri dinlənilib, "Rektor təqaüdünün verilməsi qaydaları"nın təsdiq edilməsi, "Nüfuzlu elmi nəşrlərdə məqalələri çap edilən Azərbaycan Texnologiya Universiteti əməkdaşlarının mükafatlandırılması qaydaları", bundan başqa tədris metodiki vəsaitlər təsdiq edilib. Tədris jurnallarının yoxlanılmasının nəticələri kimi bir sıra digər məsələlər də müzakirə edilib, müvafiq qərarlar verilib.İclas zamanı Yusif Hümbətov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru, Minurə Kərimova iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmələri münasibətilə, eləcə də bir qrup əməkdaş yubileyləri münasibətilə təltif olunublar.