Azərbaycan Texnologiya Universitetinin (ATU) rəhbərliyi və kollektivi Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinə yaradılan guşəni ziyarət edib. Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov Türkiyənin Gəncədəki Baş konsulu Receb Öztopa zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib, acınız acımızdır deyərək yaralılara tezliklə sağlıqlarına qovuşmalarını arzu edib.Qeyd edək ki, bu gün Gəncə ictimaiyyəti Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə dəstək olmaq üçün “Bir millət, iki dövlət” devizi ilə konsulluğa axın edib. Burada zəlzələdə həlak olanların xatirəsi anılıb, Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa, dağıntılar altında qalaraq xilas olmalarını gözləyənlərə dözüm, güc-qüvvət diləyib.