Onlayn görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və hər iki qurumun struktur bölmə rəhbərləri iştirak edib.Görüşün məqsədi hər iki qurum arasında əməkdaşlığın yaradılması imkanlarının müzakirə edilməsi olub. Onlayn iclasda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov universitetin inkişaf strategiyasında nəzərdə tutulan innovativ yeniliklərdən, bu istiqamətdə birgə görülə biləcək işlərdən bəhs edib. Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və qurumun digər əməkdaşları ilə Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə nəzərdə tutulan İnnovasiya Festivalının həyata keçirilməsi məsələsi də müzakirə olunub. İclas zamanı layihənin formatı, bu və digər istiqamətlərdə birgə əməkdaşlığın detalları müzakirə edilib.Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında memorandum imzalanmasına dair razılığa gəlinib.