Bu gündən Azərbaycan Texnologiya Universitetində payız semestrinin qış imtahan sessiyasına start verilibAzərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov ilk imtahan prossesini izləyib. Y.Ömərov imtahandan əvvəl tələbələrlə söhbət edib. Universitet rəhbəri tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyyələr verərək qaydalar barədə məlumatlandırıb. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.1 fevral tarixinədək davam edəcək sessiya müddətində 279 qrup üzrə 1387 imtahanın təşkili nəzərdə tutulub. İmtahanlar test və yazılı qaydada keçirilir.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.