İclasda elmi katib kvorumun olduğunu bildirdikdən sonra Elmi Şuranın sədri, rektor əvəvzi dos. Yaşar Ömərov iclası açıq alan edib. Ardınca iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib.İclasda Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədlinin təqdimatında TEC hesabatı dinlənilib. İdman Klubunun rəhbəri Elçin Süleymanov universitetdə bədən tərbiyəsi və idmanın mövcud vəziyyəti haqda məruzə edib.Elmi işlər üzrə prorektor əvəzi i.e.d. Mayis Gülalıyev ilin yekununa dair hesabatla çıxış edib. Hesabatda təqdim olunan reytinqlər cədvəlinə əsasən Qida mühəndisliyi fakültəsi “İlin fakültəsi”, İnzibati idarəetmə və kommersiya kafedrası “İlin kafedrası”, prof.Məntiq Cəfərov və Xədicə Məmmədova isə “İlin alimi” adına layiq görülüb. Rektor əvəzi Yaşar Ömərov nominasiyalar üzrə qalibləri mükafatlandırıb.İclas zamanı səsvermə yolu ilə Mayıs Gülalıyev professor vəzifəsinə seçilib, doktorant və dissertantların dissertasiya mövzusuları və elmi rəhbərinin təsdiqi və digər məsələlərə baxılıb.