Azərbaycan Texnologiya Universiteti Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Telekom Basketbol” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol liqa yarışlarına start verilibGəncə Basketbol liqa yarışlarında 8 komanda iştirak edir. Yarışda Gəncə Dövlət Universiteti (GDU), GDU nəzdində olan Gəncə Regional Kolleci, Azərbaycan Texnologiya Universiteti, Gəncə İdman Liseyi, “Telekom Basketbol” İdman Klubu, “Ülvi Team”, Göygöl Olimp və Gəncə Şəhər Baş Polis İdarəsinin komandaları mübarizə aparır.Qeyd edək ki, komandalar üç dövriyyədən ibarət olmaqla dairəvi sistem üzrə yarışır. Play-off mərhələsinə çıxan 3 komanda I, II və III yerlər uğrunda mübarizəni davam etdirəcək.Yarışlar Azərbaycan Texnologiya Universitetinin İdman zalında baş tutur.Azərbaycan Texnologiya Universitetinin ilk oyunu bu gün saat 18:00-da Gəncə Şəhər Baş Polis İdarəsinin komandası ilə keçiriləcək.