2022-ci ilin 15 dekabr tarixində Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Şərab 2 zavodu arasında memorandum imzalanıbBu çərçivədə tərəflər arasında görüş Gəncə Şərab 2 zavodunda baş tutub. Görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla Gəncə Şərab-2 ASC-nin idarə heyətinin sədri Saleh Babazadə əməkdaşlıq memorandumu imzalayıblar.Görüş çərçivəsində universitet rəhbərliyi və nümayəndə heyəti müəssisənin infrastrukturu, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Qeyd edək ki, əsası 1984-cü ildə qoyulan Gəncə Şərab 2 zavodu 1998-ci ildə tamamilə rekonstruksiya olunaraq aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.