Müsabiqə şərtləri:1. Loqo Azərbaycan Texnologiya Universitetinin əsas fəaliyyət istiqamətlərini özündə təcəssüm etdirməlidir.2. Loqo müasir, sadə, günümüzün dizayn trendlərinə uyğun şəkildə hazırlanmalıdır.3. Loqonun kəsb etdiyi məna mütləq yazılı şəkildə izah edilməlidir. İstəyə bağlı olaraq loqonun müxtəlif səthlər üzərində görünüşü, onun “mock-up”lara uyğunlaşdırılmış görüntüləri yerləşdirilə bilər.4. Loqo eskiz şəklində də göndərilə bilər. Seçilən dizayn eskiz halındadırsa, daha sonra rəqəmsallaşdırılaraq daha yaxşı formada təqdim edilə bilər.5. Loqo hazırlayan şəxsin ad, soyad, doğum tarixi, əlaqə nömrəsi qeyd olunmaqla müsabiqənin son təhvil tarixinədək aşağıda göstərilmiş e-poçt ünvanına göndərilməlidir.6. İştirakçı müsabiqəyə bir və ya daha çox dizayn nümunəsi təqdim edə bilər. Bunun üçün hər bir loqo layihəsi ayrıca e-poçt məktubla göndərilməlidir.7. Göndərilən loqo layihələri yalnız layihəni hazırlaşan şəxsin özünə məxsus olmalıdır.8. Loqonun rəqəmsal forması minimum 1000x1000px ölçüsündə olmalıdır. Loqo təqdimat məktubuna AI və PNG fayl formatları yerləşdirilməlidir.Müsabiqə üçün hazırlanan loqo nümunələri 27.12.2022-ci il tarixinə qədər m.ga[email protected] elektron poçtuna göndərilməlidir.

Əlaqə: +994 55 687 83 34

Müsabiqədə qalib gələn loqonun müəllifi universitet tərəfindən mükafatlandırılacaq.