Azərbaycan Texnologiya Universitetində Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin təşkilatçılığı ilə müxtəlif fənlər üzrə olimpiada təşkil edilib. IV-XI sinif şagirdləri öz biliklərini informatika, riyaziyyat və fizika fənləri üzrə sınayıblar. İştirakçılara 30 sualın cavablandırılması üçün iki saat vaxt verilib. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin abituriyent imtahanlarına hazırlığı ilə yanaşı sözügedən fənlər sahəsində xüsusi qabiliyyətə malik şagidrlərin seçilməsi və onlara biliklərinin daha da genişləndirilməsi üçün gələcəkdə dəstək göstərilməsidir.