Elmi Şuranın sədri, rektor əvəzi dos.Yaşar Ömərov iclası açıq elan edərək üzvləri və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Tədris şöbəsinin müdiri Raqif Hüseynov qış imtahan sessiyasına hazırlıqla bağlı çıxış edib. Bildirib ki, imtahanlar 5 yanvar - 3 fevral tarixləri aralığında keçiriləcək. 279 qrup üzrə 1387 imtahan təşkil olunacaq. İmtahanların şəffaf keçirilməsi üçün monitorinq qrupu və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Hazırlıq çərçivəsində imtahan zallarında yerləşən müşahidə kameraları və imtahan avadanlıqları saz vəziyyətə gətirilir.Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tədris, elmi-tədqiqat və nizam-intizam vəziyyəti ilə bağlı elmi işlər üzrə prorektor əvəzi iqtisad elmləri doktoru Mayıs Gülalıyev məruzə edib. Fakültədə nəzərə çarpan nöqsanlar qeyd edilib. Çatışmazlıqların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.Daha sonra M.Gülalıyev doktorant, dissertant və universitet əməkdaşlarının elmi fəaliyyətinin aktivləşdirilməsi tədbirləri barədə çıxış edib.İclas zamanı doktorantların mövzu və rəhbərlərinin, metodiki vəsaitlərin təsdiqi və digər məsələlərə baxılıb.Sonda Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı dosent Namiq Əsgərov və Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professor əvəzi Elşad Məmmədov yubiley münasibəti ilə təltif ediliblər.